Azərbaycan təşkilatı Rusiyanın ədliyyə nazirinə ÜAK-ın ləğvilə bağlı məktub göndərib
Tomsk vilayətindəki “Azərbaycan Milli Mədəni Mərkəz” ictimai təşkilatının sədri Ələkbər Rəhimov Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi ilə bağlı Rusiya Federasiyasının ədliyyə naziri Aleksandr Konovalova məktub ünvanlayıb.
1news.az-ın verdiyi xəbərə görə, məktubda deyilir:
“Azərbaycan Milli Mədəni Mərkəz” adlı ictimai təşkilat olaraq Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) müdafiəsilə bağlı müraciət edirik. ÜAK hər zaman regionumuzdakı Azərbaycan diasporuna kömək əlini uzadıb: mədəni tədbirlərin təşkilində, rus-azərbaycan xalqlarının yaxınlaşmasına yardımçı olub, eləcə də digər Azərbaycan əsilli vətəndaşların hansısa sosial-məişət problemlərin həllinə köməklik edib.
ÜAK hər zaman Rusiyada yaşayan bütün xalqların birləşməsi və milli sədaqətin bərpasına, eləcə də milllətlərarası münasibətlərin inkişafına, müxtəlif xalqların mədəni maralarının inkişafına təkan verib.
Tomsk vilayətindəki Azərbaycan diasporası olaraq sizdən xahiş edirik ki, yuxarıda adı çəkilmiş təşkilatın ləğvindən imtina edəsiniz. ÜAK-ın fəaliyyəti hər zaman xalqların vəhdətinə, Rusiyaya istər müvəqqəti, istərsə də daimi yaşayış üçün gələn azərbaycanlıların sosial uyğunlaşmasına yönəlib”.
Xatırladaq ki, mayın 15-də Rusiya Federasiyası Ali Məhkəməsində Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatı ləğv edilib. Təşkilatın rəhbəri Fazil Qurbanov məhkəmənin qərarını ədalətsiz adlandıraraq, appelyasiya şikayətinin veriləcəyini bəyan edib.
Ümumrusiya Azərbaycan Konqresi 2001-ci il martın 5-də Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti Heydər Əliyev tərəfindən yaradılıb.
Mövzu ilə əlaqədar oxuyun:
Rusiya Ali Məhkəməsi Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatını ləğv edib
Hikmət Hacıyev: ÜAK-ın ləğv edilməsi ciddi təəssüf və təəccüb doğurur
Diaspora Komitəsi ÜAK-ın bağlanması ilə bağlı bəyanat verdi
Türkiyədəki Azərbaycan diasporu: ÜAK-ın bağlanması qəbulolunmazdır
S.Xankişiyeva