Təhsil Nazirliyindən tədris ilinə dair TƏKLİF | 1news.az | Xəbərlər
Cəmiyyət

Təhsil Nazirliyindən tədris ilinə dair TƏKLİF

15:44 - 24 / 05 / 2017
Təhsil Nazirliyindən tədris ilinə dair TƏKLİF

"Son günlərdə mediada və sosial şəbəkələrdə aparılan müzakirələrdə əsas diqqət ona yönəldilir ki, tədris ili 1 sentyabrda başlansın -25 mayda bitsin”. 

1news.az-ın məlumatına görə, bunu  Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov özünün “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, iki il bundan əvvəl Nazirlər Kabineti tədris ilinin iki həftə uzadılması ilə bağlı qərar qəbul etdi:

“Əsas məqsəd də dünyanın inkişaf etmiş ölkələrindən tədris həftələrinin (müvafiq olaraq 38-40 həftə ) sayına görə geri olan ölkəmizin (əvvəl 32 tədris həftəsi var idi- indi isə 34 olub) tədris ili müddətində müəyyən ahəng yaratmaq idi. Çünki çox oxuyan çox bilər.

Baxmayaraq ki, biz tədris ilini iki həftə artırmışıq, göründüyü kimi hələ də inkişaf etmiş ölkələrin tədris həftələrindən ən azı 3-4 həftə geridəyik. Bəlkə tədris ilini sentyabrın 1-də başlayıb, 14 iyunda bitirməklə bu boşluğu doldura bilərik? Necə düşünürsünüz? Bu istiqamətdə müzakirələrə başlayaqmı? Adını da qoyaq daha 2 həftə çox öyrənmək istəyirik”.

Pərvanə Sultanova

Paylaş:
600

Son xəbərlər

Bütün xəbərlər