Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib – FOTO

18:27 - 26 / 05 / 2017
Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib – FOTO

Mayın 26-da müdafiə naziri Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin Müdafiə nazirləri Şurasının Moskva şəhərində keçirilən növbəti iclasında iştirak edib.

1news.az-ın məlumatına görə, iclasdan əvvəl MDB iştirakçı dövlətlərin Müdafiə nazirləri Naməlum Əsgər abidəsi önünə əklil qoyub, “Həyat ağacı” heykəltəraşlıq kompozisiyasının açılış mərasimində və Müdafiə Nazirliyi Beynəlxalq mərkəzində şam ağaclarının əkilməsində iştirak ediblər.

Sonra müdafiə nazirlərinin görüşü keçirilib. Görüşdə cari hərbi əməkdaşlıq məsələləri və gələcək perspektivlər müzakirə olunub.

Babək Cahandarov

Paylaş:
1084

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər