Sankt-Peterburqdan Bakıya aviareyslərin sayı artır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Sankt-Peterburqdan Bakıya aviareyslərin sayı artır

12:45 - 26 / 05 / 2017
Sankt-Peterburqdan Bakıya aviareyslərin sayı artır

Rusiyanın “Uralskiye avialinii” aviaşirkəti may ayının sonlarından etibarən Sankt-Peterburq - Bakı reysi ilə uçuşlar həyata keçirməyə başlayacaq.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, birinci reys mayın 27-si baş tutacaq.

Uçuşlar həftədə iki dəfə - cümə axşamı və şənbə günləri həyata keçiriləcək.

Qeyd edək ki, “Uralskiye avialinii” bu marşrut üzrə uçuşların həyata keçirilməsi üçün icazəni bu ilin fevralında əldə etmişdi.

S.Xankişiyeva

Paylaş:
674

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər