Zaxarova: "Mehriban Əliyevanın işi dərin hörmət və heyranlıq doğurur” | 1news.az | Xəbərlər
Siyasət

Zaxarova: "Mehriban Əliyevanın işi dərin hörmət və heyranlıq doğurur”

13:20 - 27 / 05 / 2017
Zaxarova: "Mehriban Əliyevanın işi dərin hörmət və heyranlıq doğurur”

Azərbaycanın Birinci vitse-prezidenti, respublikanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti dərin hörmət və heyranlıq doğurur.

1news.az-ın məlumatına görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova ölkəmizin Rusiyadakı səfirliyinin Azərbaycanın dövlət bayramı – Respublika Günü münasibətilə təşkil etdiyi təntənəli qəbulda “Vestnik Kavkaza” agentliyinə müsahibəsində bildirib.

O deyib: “Mən birinci dəfə Bakıya gələndə (o vaxtdan çox keçməyib) şəhəri müasir görkəmində gördüm və onun necə bir məhəbbət və qayğı ilə qurulmasına valeh oldum. Şəhərdə mövcud olan bütün gözəlliklər, bütün tarixi yerlər qabardılmışdı.

O vaxt asudə vaxtımız oldu və bir neçə saat ərzində bizə şəhərin qədim hissəsini göstərdilər. Mən bütün bu muzeyləri və dekorativ-tətbiqi sənət sərgilərini görəndə soruşdum: qədimiliyi, ənənələri, bütün bu mədəni sərvəti müasir texnologiyalarla belə müvəffəqiyyətlə uyğunlaşdırmaq necə mümkün olub? Mənə dedilər ki, birinci xanım Mehriban Əliyeva bu işə böyük töhfə verib. Bundan sonra onun gördüyü işlər barədə yazılanları oxumağa, onlarla tanış olmağa başladım və onun işinə valeh oldum. Bu barədə hətta Azərbaycanın Moskvadakı səfiri ilə danışmışam və bütün bunların həqiqət olub-olmadığını soruşmuşam və o da hamısını təsdiq edib”.

Mariya Zaxarova vurğulayıb ki, bundan sonra da Bakıda dəfələrlə olub, şəhərin gündən-günə daha maraqlı, daha yaraşıqlı və müasir olduğunu görüb:

“Mən Mehriban Əliyevanın bütün bu layihələrə necə hamilik etdiyini izləməyə davam edirəm və demək istəyirəm ki, onun işi dərin hörmət və heyranlıq doğurur”.

1news.az

 

 

Paylaş:
930

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər