DTX rəisi: "IV İslam Həmrəyliyi Oyunlarında hər hansı təxribata cəhd göstərilməyib" | 1news.az | Xəbərlər
Cəmiyyət

DTX rəisi: "IV İslam Həmrəyliyi Oyunlarında hər hansı təxribata cəhd göstərilməyib"

13:06 - 27 / 05 / 2017
DTX rəisi: "IV İslam Həmrəyliyi Oyunlarında hər hansı təxribata cəhd göstərilməyib"

IV İslam Həmrəyliyi Oyunlarında hər hansı təxribata cəhd göstərilməyib.

1news.az-ın məlumatına görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyev deyib.

M.Quliyev bildirib ki, bununla bağlı preventiv tədbirlər bir il əvvəldən həyata keçirilib, digər dövlətlərin xüsusi xidmət orqanları ilə birgə əməkdaşlıq edilib.

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının uğurla keçirildiyini deyən general-leytenant əlavə edib:

"Dünyanın ağır bölgəsində yerləşirik, burada təzyiqlər var. Buna baxmayaraq, İslamiada zamanı təhlükəsizlik təmin olundu. Dövlət başçısının tapşırıqları yerinə yetirildi, xüsusi təhlükəsizlik tədbirləri görüldü və yarışlar da uğurla keçirildi”.

1news.az

 

Paylaş:
725

Son xəbərlər

Bütün xəbərlər