“Bakı Ürək Günləri” V Beynəlxalq Konqresi başa çatıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Bakı Ürək Günləri” V Beynəlxalq Konqresi başa çatıb

18:24 - 28 / 05 / 2017
“Bakı Ürək Günləri” V Beynəlxalq Konqresi başa çatıb

“Gülüstan” sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Bakı Ürək Günləri” V Beynəlxalq Konqresi növbəti iş gününü ayrı-ayrı bölmələrdə davam etdirib.

1news.az Azərtaca-a istinadla xəbər verir ki, konqresin "Ürək çatışmazlığı" bölməsi kardioloqlar Firuz Kazımov, Eldəniz Əliyev, Mehman Ağamalıyev, İsfəndiyar İsmayılov və Ruslan Nəcəfovun sədrliyi ilə keçib.

Bölmədə Yuriy Pyanın "LYAD- Ürək plantasiyasına alternativ kimi", Abbasəli Abbasəliyevin "Ürək çatışmazlığ-2017" və Musa Qəhrəmanovun "Aşağı atım fraksiyalı xəstələrdə revaskulyarizasiya qərarı" mövzusunda məruzələri dinlənilib.

Elməddin Əliyev, Cəmil Babayev, Firdovsi İbrahimov və Tofiq Cahangirovun sədrliyi ilə keçən “Qapaq 1” bölməsində Anar Əmrah “İnfektiv endokarditin cərrahi müalicəsi”, Oqtay Musayev “Keçmişdən bu günə: qapaq trombozları və Vüqar Qapaqov “Aort qapaq qoruyucu əməliyyatları” mövzusunda məruzə ediblər.

“Anadangəlmə ürək qüsurları 2” bölməsi tanınmış kardioloqlar Natiq Mirzəyev, İbrahim İsayev, Şahin Xəlilov və Elnur Həsənovun sədrliyi ilə aparılıb. Andreas Petropulosun “Erkən diaqnostika və müalicədə pediatrik kardioloqun rolu”, Nabil Seyidovun “Neonatal screening proqramı: kritik anadangəlmə ürək qüsurlarının aşkar edilməsi üçün puls-oksimetriya testi”, Vəli Behbudovun “Kritik ürək xəstəlikləri” və Kamran Əhmədovun “Sianotik ürək qüsurlarında sistemik-pulmonar şunt proseduru” mövzusunda məruzələri dinlənilib.

Fasilədən sonra konqres Cabir Gülmalıyev, İsax Mustafayev, Rafiq Yusifli və Mirəli Məcidovum sədrliyi ilə “Qapaq 2” bölməsində işini davam etdirib. Fuad Səmədovun “Mitral qapağın əməliyyatqabağı dəyərləndirilməsi”, Seymur Musayevin “İşemik mitral qapaq çatışmazlığı olan xəstələrə cərrahi yanaşma” və Solxan Lominadzenın “İşemik mitral çatışmazlığı cərrahiyyəsi: rezidual MÇ-nin uzun dönəm nəticələrinə təsiri” mövzusunda məruzələri ətrafında müzakirələrdən sonra konqresin son “Koronar 2” bölməsi keçirilib.

Həmin bölməyə kardioloqlar Özgür Kocamaz, Ziya Səlimov, Əhməd Babayev, Rəfael Daşdəmirov və Vüqar Qapaqov sədrlik ediblər. Bölmədə Mehman Ağamalıyev “Koronar arteriya perforasiyalarında müdaxilələr”, Elnur İsayev “Koronar müdaxilələrin ziddiyyətləri. Son araşdırmalar bizi hara aparır?”, Elnur Azadxanov “Koronar arteriyalrın anamoliyaları” və Ramil Əliyevin “ÜİX-nin mexaniki ağırlaşmalarının cərrahi müalicəsi” mövzularında məruzə ediblər.

Bölmələrdə oxunan interaktiv məruzələr dinləniləndən sonra maraqlı müzakirələrə səbəb olub. Həkim-kardioloqlar konqresdə dinlənilən məruzə və aparılan müzakirələrdən özlərinin gələcək peşə fəaliyyətlərində onlara lazım olan xeyli zəruri məlumat əldə ediblər.

Konqres başa çatandan sonra iştirakçıları sertifikatlar verilib.

Bununla da xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Bakı Ürək Günləri” V Beynəlxalq Konqresi öz işini başa çatdırıb.

1news.az

 

Paylaş:
606

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər