NATO PA-nın komitə iclasında Azərbaycanın işğadakı ərazilərində erməni vandalizmindən danışılıb | 1news.az | Xəbərlər
Siyasət

NATO PA-nın komitə iclasında Azərbaycanın işğadakı ərazilərində erməni vandalizmindən danışılıb

19:58 - 28 / 05 / 2017
NATO PA-nın komitə iclasında Azərbaycanın işğadakı ərazilərində erməni vandalizmindən danışılıb

NATO PA-nın Tbilisidə keçirilən Elm və texnologiya komitəsinin iclasında Azərbaycanın işğal olunmuş ərazilərindəki ekoloji vəziyyət diqqət mərkəzində olub.

1news.az Azərtac-a istinadla xəbər verir ki, Komitə iclasında Orta Şərqdə müharibələrin ekoloji tarazlığa vurduğu zərbə, ətraf mühitin çirklənməsi, həmin ölkələrin iqtisadiyyatına və əhalinin sağlamlığına, təbii ehtiyatlara vurduğu ziyan barədə məruzə dinlənilib.

Məruzə ətrafında çıxışlar zamanı Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı çıxış edib. O, Cənubi Qafqazda mövcud olan problemlərdən danışıb, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib. Deyib ki, bu gün toplaşdığımız Tbilisi şəhəri Orta Şərqdən təxminən 400 kilometr uzaqdadır. Tbilisidən təxminən bir o qədər də məsafədə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsi yerləşir. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında – Dağlıq Qarabağda və ona bitişik 7 rayonun ərazisində ekoloji sistem tam pozulub. Ermənilər bu bölgələrdə mədəniyyət abidələri, təbii sərvətləri talan edib, ekoloji sistemə ciddi ziyan vurublar. Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının radioaktiv tullantıları işğal olunmuş Azərbaycan ərazilərində basdırılır. İşğal olunmuş ərazilərdə yetişdirilən narkotika isə Avropaya daşınır.

M.İbrahimqızı bu cür tullantıların təkcə Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqaz və Avropanın özü üçün ciddi təhlükə mənbəyi olduğunu bildirib. Qeyd edib ki, artıq bir neçə gündür ki, ermənilər işğal etdikləri Cəbrayıl rayonu ərazisindəki meşələri yandırıblar və yanğın bu gün də davam edir.

Məruzəçi bu məsələnin həqiqətən də çox vacib olduğunu vurğulayıb və bildirib ki, deyilən faktlar ciddi narahatlıq doğurur. Bu məsələlərlə əlaqədar komissiya yaradılmalı və ciddi araşdırılmalıdır.

1news.az

Paylaş:
672

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər