“Tarixin canlı səhifələri” V Gənclər festivalı keçirildi – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Tarixin canlı səhifələri” V Gənclər festivalı keçirildi – FOTO

15:52 - 29 / 05 / 2017
“Tarixin canlı səhifələri” V Gənclər festivalı keçirildi – FOTO

Qax rayonunda Gənclər və İdman Nazirliyi tərəfindən “Tarixin canlı səhifələri” V Gənclər festivalı həyata keçirilib.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Dövlət Sərhəd Xidməti və Qax rayon İcra Hakimiyyəti ilə birgə təşkil olunan festivalın keçirilməsində əsas məqsəd, gəncləri  vətənpərvərlik  ruhunda  tərbiyə etmək, xalqımızın hərb tarixini gənclərə  əyani olaraq çatdırmaq olub.

Tarixi rekonstruksiya formatında baş tutan  festival XVlll əsrdə və XlX əsrin l yarısında mövcud olmuş İrəvan xanlığına həsr edilmişdi. Festivalda İrəvan xanlığının yaranması, xanlığın öz müstəqilliyi uğrunda mübarizəsi layihəyə cəlb olunmuş olunmuş 400-ə yaxın gənc: aktyot, tələbə və idmançı tərəfindən tarixi faktlar əsasında hazırlanmış tamaşada nümayiş olunub. İrəvan xanlığına xas olan mədəniyyət, məişət və ənənələrin geniş şəkildə təqdim olunduğu festivalın keçirildiyi  ərazi  də, İrəvan xanlığı üslubunda hazırlanmışdı.

Tamaşanın elmi məsləhətçisi AMEA-nın Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, dövlət mükafatı laureatı Yaqub Mahmudovdur.

Festivalda çıxış edən gənclər və idman naziri  Azad Rəhimov 28 May Respublika günü ərəfəsində bu səpkili tarixi layihənin həyata keçirilməsinin çox böyük əhəmiyyət daşıdığını bildirib.

“Bu gün, demək olar ki, düz bir ərazidə İrəvan şəhəri salınıb. Şəhərin məscidləri, bazarı və digər məkanları olduğu kimi burada göstərilib. Bu səpkili layihələr gənclərimizin vətənpərvər ruhda böyüməsində müstəsna rol oynayır. Bundan öncə Tarixin canlı səhifələri festivalı Şəki, Lənkəran, Gəncə şəhərlərində baş tutub. Məqsəd bu layihələri davam etdirməkdir”- deyə, nazur qeyd edib.

Qeyd edək ki, “Tarixin canlı səhifələri” adlı festivallar 2014-cü ildən etibarən Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilir.

Babək Cahandarov

Paylaş:
640

Son xəbərlər

Bütün xəbərlər