Elmar Məmmədyarov Kolumbiyaya gedib | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov Kolumbiyaya gedib

16:34 - 29 / 05 / 2017
Elmar Məmmədyarov Kolumbiyaya gedib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiya Respublikasına rəsmi səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, səfər çərçivəsində nazir E.Məmmədyarovun Kolumbiyanın xarici işlər naziri Mariya Angela Olgin və digər rəsmi şəxslərlə görüşü, nazirlər səviyyəsində Azərbaycanla Kolumbiya arasında siyasi məsləhətləşmələrin dördüncü mərhələsinin keçirilməsi və mədəniyyət sahəsində əməkdaşlıq haqqında Sazişin imzalanması nəzərdə tutulub.

Həmçinin səfər əsnasında müxtəlif dövrlərdə yaşayıb-yaratmış Azərbaycan və Kolumbiya şairlərinin yaradıcılığından ibarət “Azərbaycan-Kolumbiya iyirmi şeir” kitabının təqdimatı keçiriləcək.

Xatırladaq ki, 2013-cü il iyulun 8-də Kolumbiyanın xarici işlər naziri Maria Angela Olqinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdə olub.

Babək Cahandarov

Paylaş:
566

Son xəbərlər

Bütün xəbərlər