ANAMA: Siyəzəndə tank əleyhinə mina, qumbara və 95 ədəd güllə aşkarlanıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

ANAMA: Siyəzəndə tank əleyhinə mina, qumbara və 95 ədəd güllə aşkarlanıb – FOTO

19:53 - 29 / 05 / 2017
ANAMA: Siyəzəndə tank əleyhinə mina, qumbara və 95 ədəd güllə aşkarlanıb – FOTO

Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə Siyəzən rayonunda məişət tullantıları ərazisində 3 ədəd minanın aşkarlanması barədə məlumat daxil olub.

1news.az-a ANAMA-nın mətbuat xidmətindən verilən xəbərə görə, mütəxəssislər tərəfindən həmin əraziyə baxış keçirilib, əməliyyat tədbirləri nəticəsində təlim məqsədli 3 ədəd tank əleyhinə mina (TM-62M), 3 ədəd tank əleyhinə minanın partladıcısı (MVÇ-62), 5 ədəd əl qumbarası (2 ədəd F-1 və 3 ədəd RQD-5), 4 ədəd əl qumbarasının partladıcısı (UZRQM) və 95 ədəd 7.62 mm-lik güllə aşkarlanıb və götürülüb.

Təlim məqsədli minalar və digər hərbi sursatların aşkar olunduğu 3 000 kv.metr əraziyə yerüstü baxış keçirilmiş, əlavə təhlükəli əşya və qurğu aşkarlanıb.

Ümumilikdə agentlik tərəfindən 01 yanvar – 29 may 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Daşkəsən, Salyan, Siyəzən, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində 9 otlaq sahəsinə, 9 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 162 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, keçmiş hərbi şəhərciyə, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbiristanlığa, yaşayış binasının yaxınlığına, məişət tullantıları ərazisinə baxış keçirilib, 5 652 ədəd partlamamış hərbi sursat, 182 ədəd tank əleyhinə mina və 28 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 3 504 372 kv.m ərazi (625 589 kv.m əl ilə, 1 206 040 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 1 559 743 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb. 

S.Xankişiyeva

Paylaş:
630

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər