Mədət Quliyevə yeni müavin təyin olunub

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) yeni təyinat olub.
1news.az-ın Apa-ya istinadla məlumatına görə, DTX-nin Əməliyyat-Texniki İdarəsinin rəisi, general-mayor İlqar Musayev tutduğu vəzifədən azad edilərək xidmət rəisinin müavini təyin edilib.
DTX-dən təyinat xəbərini təsdiqləyiblər.
Qeyd edək ki, buna qədər DTX rəisinin bir müavini olub. Bu, general-mayor İsmayıl Bağırovdur.
1news.az
696