Raket və artilleriya birləşmələri döyüş atışlı təlimlər keçirir - VİDEO/FOTO | 1news.az | Xəbərlər
Siyasət

Raket və artilleriya birləşmələri döyüş atışlı təlimlər keçirir - VİDEO/FOTO

12:52 - 29 / 05 / 2017
Raket və artilleriya birləşmələri döyüş atışlı təlimlər keçirir - VİDEO/FOTO

Silahlı Qüvvələrin 2017-cı il üçün hazırlıq planına uyğun olaraq Raket və Artilleriya birləşmələrinin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə təlimlər keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumat görə, döyüş şəraitinə uyğun vəziyyətdə keçirilən təlimlərdə artilleriya bölmələrinin marşı icra etməsi, cəmləşmə rayonlarına çıxarılması, qərarların qəbul olunması, gizliliyə riayət etməklə atəş və start mövqelərinin tutulması, döyüşün gedişində yerdəyişmə və digər tapşırıqlar yerinə yetirilir.

Təlimlərdə praktiki döyüş atışlarının dəqiqliyini və intensivliyini təmin etmək məqsədilə müasir avtomatlaşdırılmış idarəetmə sistemlərindən, atəşin korrektə edilməsi üçün isə pilotsuz uçuş aparatlarından istifadə edilir.

1news.az

Paylaş:
610

Son xəbərlər

Bütün xəbərlər