Nalbandyan: "Həmsədrlər regiona səfər edəcək" | 1news.az | Xəbərlər
Siyasət

Nalbandyan: "Həmsədrlər regiona səfər edəcək"

15:10 - 30 / 05 / 2017
Nalbandyan: "Həmsədrlər regiona səfər edəcək"

ATƏT-in Minsk qrupunun həmsədrləri İrəvana və Xankəndinə səfər edəcəklər.

1news.az “aysor.am”a istinadla xəbər verir ki, bunu  Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan İrəvanda ATƏT-in baş katibi Lamberto Zanerlə birgə keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, 10 gün ərzində vasitəçilər Ermənistana və Xankəndinə gələcəklər: 

“Ermənistan münaqişə ilə bağlı danışıqların davam etməsinin və görüşlərin keçirilməsinin tərəfdarıdır. Əgər uyğun atmosfer yaranarsa, Ermənistanın və Azərbaycanın xarici işlər nazirlərinin görüşü mümkündür. Ola bilsin ki, xarici işlər nazirlərinin görüşü həmsədrlərin regiona səfəri zamanı müzakirə edilsin. daha sonra isə prezidentlər səviyyəsində  görüşün təşkili mümkünlüyü müzakirə edilə bilər”.

Pərvanə Sultanova

Paylaş:
536

Son xəbərlər

Bütün xəbərlər