Bakıda şok olay: “ZİL” sürücünün üstündən keçdi

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə dünən Səbail rayonunun Bayıl qəsəbəsi ərazisində qeydə alınıb.
Bakı şəhər sakini Etibar Nəbiyev sürücü işlədiyi Mənzil İstismar Sahəsinə məxsus idarə etdiyi “ZİL” markalı avtomobili saxlayıb yolun kənarındakı zibil tullantılarını yığan zaman avtomobil hərəkətə gələrək onun üzərindən keçib.
Xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.
Babək Cahandarov
733