Prezident Azərbaycan səfirini təltif edib | 1news.az | Xəbərlər
Siyasət

Prezident Azərbaycan səfirini təltif edib

09:28 - 30 / 05 / 2017
Prezident Azərbaycan səfirini təltif edib

Serbiya prezidenti Tomislav Nikoliç Azərbaycanın bu ölkədəki səfiri Eldar Həsənovu Serbiya Bayrağı Ordeni ilə təltif edib.

1news.az xəbər verir ki, mükafatın təqdimat mərasimi prezident sarayında keçirilib.

E.Həsənovla birgə bu mükafata Belarus və Rusiyanın səfirlər də layiq görülüb.

Serbiya Bayrağı Ordeni 2009-cu ildən təsis edilib. Bu orden Serbiya ilə digər ölkələr arasında dostluq münasibətlərinin inkişafına və möhkəmlənməsində xüsusi töhfəsi olan şəxslərə verilir.

Daha əvvəl bu mükafat Rusiyanın xarici işlər naziri Sergey Lavrova, Rusiyanın  BMT yanında daimi nümayəndəs Vitali Çurkinə(ölümündən sonra ) verilib.

Pərvanə Sultanova


 

Paylaş:
698

Son xəbərlər

Bütün xəbərlər