Əli Həsənov: "Heydər Əliyev Fondunun müraciəti əsasında özəl təşkilatlar məcburi köçkünlərə 210 mənzil ayırıb" | 1news.az | Xəbərlər
Siyasət

Əli Həsənov: "Heydər Əliyev Fondunun müraciəti əsasında özəl təşkilatlar məcburi köçkünlərə 210 mənzil ayırıb"

21:31 - 30 / 05 / 2017
Əli Həsənov: "Heydər Əliyev Fondunun müraciəti əsasında özəl təşkilatlar məcburi köçkünlərə 210 mənzil ayırıb"

Dünyanın heç bir münaqişə zonasında qaçqın və məcburi köçkünlərə belə qayğı yoxdur.

1news.az-ın məlumatına görə, bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Qaradağ rayonunda məcburi köçkün ailələri üçün yaşayış kompleksinin təməlqoyma mərasimində deyib.

Əli Həsənov qeyd edib: " Hörmətli Mehriban xanım, Birinci vitse-prezident kimi Siz ilk müşavirəni Bakı və Sumqayıt şəhərlərində qəzalı binalarda ağır şəraitdə yaşayan 4 min məcburi köçkün ailəsinin mənzil şəraitinin yaxşılaşdırılmasına həsr etdiniz. Verdiyiniz tapşırıqlara əsasən, müşavirədən dərhal sonra bu istiqamətdə genişmiqyaslı işlərə başlanıldı. Bu gün 1026 məcburi köçkün ailəsi üçün yaşayış kompleksinin təməlinin qoyulması da bu işlərin davamıdır".

Dövlət Komitəsinin sədri qeyd edib ki, bundan əlavə, Heydər Əliyev Fondunun müraciətinə əsasən özəl təşkilatlardan 210 mənzil ayrılıb və hazırda onlarda son tamamlama işləri həyata keçirilir:

"Həmçinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 260 ailəlik dörd yaşayış binasının tikintisi sürətlə davam etdirilir və cari ilin iyul ayında başa çatdırılacaq.

İlk müşavirədən sonra minlərlə məcburi köçkün bizə müraciət edərək onların minnətdarlığını Sizə çatdırmağı xahiş etdilər. Bu gün fürsətdən istifadə edərək, bu xoş missiyanı yerinə yetirir, onların dərin hörmət və ehtiramını Sizə bildirirəm.

Azərbaycan Prezidenti dəfələrlə qeyd edib ki, bizim əsas vəzifəmiz, məqsədimiz xalqımıza xidmət etməkdir. Son 13 ildə öz tarixi yurdlarından didərgin düşmüş soydaşlarımız üçün 95 qəsəbənin tikilməsi, 250 min nəfərin mənzillə təmin edilməsi bu xidmətin əyani sübutudur.

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan, möhtərəm Prezidentimiz İlham Əliyev və Sizin tərəfinizdən uğurla davam etdirilən bu siyasətin dünyada analoqu yoxdur və dünyanın heç bir münaqişə zonasında, həmçinin bütün Avropa ölkələrində qaçqın və məcburi köçkünlərə belə qayğı yoxdur. Məhz buna görə də qaçqın və məcburi köçkünlərimizin ölkə başçısına və Sizə olan tükənməz inamlarının da dünyada analoqu yoxdur.

Kaş belə münasibəti qaçqın və məcburi köçkün problemi ilə guya məşğul olan dövlətlərdə, beynəlxalq qurumlarda və təşkilatlarda görə biləydik. Buna görə də əminliklə deyirik ki, Azərbaycan xalqının, o cümlədən bütün qaçqın və məcburi köçkünlərin inam və ümid yeri yalnız möhtərəm Prezidentimiz İlham Əliyevdir və Sizsiniz. Hesab edirəm ki, Prezidentimizin və Sizin öz xalqına, qaçqın və məcburi köçkünlərə xidmətiniz, qayğınız biz məmurlar üçün ən yaxşı nümunədir.

Hörmətli Mehriban xanım, bugünkü tədbirdə ölkəmizdəki iş adamlarını bu məsələyə cəlb etməklə yeni ənənənin əsasını qoyursunuz. Necə ki, cənab Prezident dünyanı iqtisadi böhran bürüyən, neftin qiyməti sürətlə aşağı düşən zaman vəziyyətdən çıxış yolu üçün Ulu Öndərin 1970-ci illərdəki təcrübəsinə müraciət edərək kənd təsərrüfatının, qeyri-neft sektorunun inkişafını ön plana çəkdi. Bütün bunlar onu göstərir ki, ölkəmizdə ehtiyat potensial hələ çoxdur və mövcud problemlərin həllində belə imkanlardan səmərəli istifadə etmək olar.

Hesab edirik ki, burada iştirak edən və digər imkanlı iş adamlarımız bu çağırışa qoşularaq, məcburi köçkünlərin vəziyyətini yaxşılaşdırmaq üçün öz imkanlarını əsirgəməyəcəklər".

Əli Həsənovun sözlərinə görə, bu il Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün bütün zəruri sosial infrastruktura malik yeni qəsəbə tikilir: "2016-cı ilin aprel döyüşləri zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz tərəfindən Lələtəpə yüksəkliyinin azad edilməsindən sonra Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində yaşayışın bərpa edilməsi üçün imkan yarandı. Prezident İlham Əliyev tərəfindən kənddə birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının, müvafiq infrastrukturun tikintisi, yolun çəkilişi ilə bağlı sərəncamlar imzalandı. Eyni zamanda, Şuşa məscidinin oxşarı olan məscidin tikintisi ilə bağlı tapşırıq verildi.

Bütün bu tikinti işləri son 2 ay müddətində başa çatdırılıb və yaxın günlərdə qəsəbənin açılış mərasimindən sonra Cocuq Mərcanlı sakinlərinin öz evlərinə qayıdışı təmin ediləcək. Bu, Böyük Qayıdışın başlanğıcıdır. Aprel zəfəri isə Azərbaycan Ordusunun hərb tarixində şanlı səhifədir.

Bu gün daha bir yeni yaşayış kompleksinin təməli qoyulur. Məcburi köçkünlər yaxşı bilirlər və bunu dəfələrlə xarici qonaqlara da qətiyyətlə bildiriblər ki, inşa edilən bu yeni qəsəbələr onların müvəqqəti məskunlaşma yerləridir. Məcburi köçkünlər yaxşı şəraitdə yaşamağa layiqdirlər. Çünki onlar həmişə bütün ictimai-siyasi proseslərdə dövlətçilik mövqeyindən çıxış edib, ulu öndər Heydər Əliyevə, cənab Prezidentə və Sizə öz sadiqliyini daim nümayiş etdiriblər.

Ölkə Prezidenti cənab İlham Əliyevi və şəxsən Sizi tam əmin edirəm ki, bundan sonra da verəcəyiniz hər bir tapşırıq, o cümlədən məcburi köçkünlərlə bağlı göstərişləriniz vaxtında, sürətlə və keyfiyyətlə icra olunacaq".

1news.az

Paylaş:
684

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər