Elm TV Cümhuriyyətlə bağlı reportaj hazırlayıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Elm TV Cümhuriyyətlə bağlı reportaj hazırlayıb - VİDEO

11:20 - 30 / 05 / 2017
Elm TV Cümhuriyyətlə bağlı reportaj hazırlayıb - VİDEO

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) internet-televiziyası olan Elm TV Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı reportaj hazırlayıb.

AMEA-nın Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Xəlilovun 1news.az-a verdiyi məlumata görə, reportajda Elm TV-nin müxbirinə müsahibə verən tarixçi-alimlər AMEA-nın Tarix İnstitutunun şöbə müdirləri Natiq Məmmədzadə və İlqar Niftəliyevdir.

N.Məmmədzadə “Azərbaycan xalqına qarşı soyqırımları tarixi” şöbəsinin müdiri, İ.Niftəliyev isə “Azərbaycanın sovet dövrü tarixi” şöbəsinin müdiridir.

Xatırladaq ki, 2016-cı ildə AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin tərkibində “Elm TV İnternet televiziyası” şöbəsi yaradılıb. Şöbənin rəhbəri isə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilmiş tanınmış jurnalist Xatirə Cabbarzadədir.

Cümhuriyyətlə bağlı reportajı təqdim edirik:

S.Xankişiyeva

Paylaş:
587

Son xəbərlər

Bütün xəbərlər