Bakıda polis avtomobili ilə “Porsche” toqquşub, ölən və yaralanan var - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda polis avtomobili ilə “Porsche” toqquşub, ölən və yaralanan var - VİDEO

11:37 - 30 / 05 / 2017
Bakıda polis avtomobili ilə “Porsche” toqquşub, ölən və yaralanan var - VİDEO

Bakıda polis avtomobili minik maşını ilə toqquşub.

1news.az Apa-ya istinadla xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsində, "SOCAR" yanacaqdoldurma məntəqəsinin qarşısında qeydə alınıb. Səbail rayon Polis İdarəsinə məxsus “Fiat Doblo” markalı avtomobil “Porsche” markalı maşınla toqquşub.

 Səbail Rayon Polis İdarəsindən  verilən məlumata görə, qəza nəticəsində bir polis əməkdaşı ölüb, bir neçəsi xəsarət alıb.

 Faktla bağlı araşdırma aparılır. 

 Qeyd edək ki, qəzanın görüntülərini Orxan Məmmədli adlı facebook istifadəçisi öz səhifəsində paylaşıb.

1news.az

 

Paylaş:
874

Son xəbərlər

Bütün xəbərlər