Lerikdə mərkəzi bazarda yanğın olub

Lerik rayonundakı mərkəzi bazarda yanğın olub.
1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, Lerik rayonunda mərkəzi bazarın ərazisində bir dam altında tikilmiş, ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 73 m2 olan 3 geyim mağazalarının yanar konstruksiyaları yanıb.
Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində bitişik mağazalar yanğından mühafizə olunub.
Babək Cahandarov
1149