Filarmoniyanın iyun ayına olan repertuarı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Filarmoniyanın iyun ayına olan repertuarı açıqlanıb

09:52 - 31 / 05 / 2017
Filarmoniyanın iyun ayına olan repertuarı açıqlanıb

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında iyun ayına olan repertuarı açıqlanıb.

1news.az-ın məlumatına görə, gələn ay Filarmoniyada yubiley və xatirə gecələri, həmçinin konsertlər keçiriləcək.

Beləliklə, Filarmoniya və bu qurumun nəzdində olan kamera və orqan musiqi zalının iyun ayı üçün tədbirlər planını təqdim edirik:

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası:

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konsert

2 iyun - bəstəkar, Xalq Artisti Firəngiz Əlizadənin 70 illiyinə həsr olunmuş yubiley gecəsi

3 iyun - akademik Mirməmməd Cavadzadənin xatirəsinə həsr olunmuş gecə

5 iyun - “Mədəniyyət” kanalı Azərbaycan radiosu və Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı çərçivəsində Xalq Artisti, dirijor Nəriman Əzimovun xatirəsinə həsr olunmuş gecə

9 iyun - gənc ifaçıların konserti

16 iyun - görkəmli bəstəkar Cövdət Hacıyevin 100 illiyinə həsr olunmuş yubiley gecəsi

30 iyun - Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və T.Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbinin konserti

Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqi zalı:

6 iyun – “Mədəniyyət” kanalı, Azərbaycan radiosu və Azərbaycan Dövlət Filarmoniyasının birgə tədbiri -Azərbaycan gənc vokal ifaçılarının konserti

7 iyun - violonçel ifaçısı, Xalq Artisti Rasim Abdullayevin konserti

13 iyun – “Mədəniyyət” kanalı, Azərbaycan radiosu və Azərbaycan Dövlət Filarmoniyasının birgə tədbiri - Azərbaycan Televiziyası və Radiosunun Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti.

Qeyd edək ki, tədbirlər saat 19:00-da başlanır.

Babək Cahandarov

Paylaş:
539

Son xəbərlər

Bütün xəbərlər