Mərakeş və İtaliya çəyirtkələrinə qarşı mübarizə tədbirləri davam etdirilir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mərakeş və İtaliya çəyirtkələrinə qarşı mübarizə tədbirləri davam etdirilir

21:56 - 31 / 05 / 2017
Mərakeş və İtaliya çəyirtkələrinə qarşı mübarizə tədbirləri davam etdirilir

May ayının 5-dən etibarən Respublika ərazisində sürü halında yaşayan Mərakeş və İtaliya çəyirtkələrinə qarşı kimyəvi mübarizə tədbirlərinə start verilib.

1news.az-ın məlumatına görə, bu günə qədər Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar  Nəzarəti Xidmətinin yerli qurumları tərəfindən Tovuz rayonu ərazisində 3440 hektar, Qazax rayonunda 460 hektar, Samux rayonunda 500 hektar,  Ağstafa rayonunda isə 1420 hektar dövlət ehtiyat fond torpaqlarında kimyəvi mübarizə tədbirləri həyata keçirilib.

Eyni zamanda, Biləsuvar rayonu ərazisindəki 2200 hektar, Salyan rayonunda 600 hektar, Saatlı rayonunda 1400 hektar, İmişli rayonunda 4405 hektar, Hacıqabul rayonunda 1250 hektar, Şamaxı rayonunda isə 425 hektar dövlət ehtiyat fond torpaqlarında zərərvericilərin məhv edilməsi həyata keçirilib. Ümumilikdə isə ölkə üzrə 16100 hektar sahədə kimyəvi dərmanlama işləri aparılıb.     

Mübarizə tədbirləri müasir və yüksək manevr qabiliyyəti olan “AU8115M” çiləyici aqreqatlar və yerüstü çiləyicilər vasitəsi ilə həyata keçirilir.  

Hazırda Dövlət Xidmətinin yerli qurumları və Respublika Bitki Mühafizə Mərkəzinin mobil bitki mühafizə dəstələri tərəfindən Tovuz, Qazax, Ağstafa rayonlarının Ağdağ adlanan ərazisində və Çeyrançöl adlanan dövlət ehtiyat fond torpaqlarında çəyirtkəkimiləri nəzarətdə saxlamaq məqsədi ilə monitorinqlər aparılır və çəyirtkəkimilərin sayının iqtisadi ziyanvermə həddindən çox olan ərazilərdə mübarizə tədbirləri həyata keçirilir. 

Nəzərə alınmalıdır ki, çəyirtkələr sürətlə çoxalır, bir ərazidən digər əraziyə sürətlə miqrasiya edir və digər həşəratlardan fərqli olaraq daha çox qidalanırlar. Bu həşəratlar sutka ərzində sürü ilə 30 km, tək uçduqda isə 250 km-dən çox məsafəni qət edə bilir.

Bir sahədə bitkiləri məhv etdikdən sonra dərhal digər sahəyə, rayona, hətta qonşu ölkə ərazisinə asanlıqla keçə bilirlər. Ona görə də mübarizə tədbirlərini qısa zamanda geniş şəkildə həyata keçirmək lazımdır ki, zərərin qarşısı tez bir zamanda alınsın.

Babək Cahandarov

Paylaş:
867

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər