İlham Əliyev: Azərbaycan neft ölkəsidir | 1news.az | Xəbərlər
Siyasət

İlham Əliyev: Azərbaycan neft ölkəsidir

09:56 - 31 / 05 / 2017
İlham Əliyev: Azərbaycan neft ölkəsidir

Bu sərginin Azərbaycanda keçirilməsi əlamətdar hadisədir. Bu, onu göstərir ki, Azərbaycan etibarlı tərəfdaş kimi tanınır.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev 24-cü Beynəlxalq Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində bildirib.

Dövlət başçısı deyib ki, bu sərgidə 300 şirkət iştirak edir:

"Birinci sərgi ölkəmizi dünyada tanıtdırmaq üçün mühüm rol oynamışdı. O zaman Azərbaycanı tanımırdılar. Sərgi  ölkəmizin neft-qaz potensialını təqdim etmək üçün əvəzsiz rol oynayıb. Azərbaycan investorlarla qarşılıqlı fayda əsasında etibarlı tərəfdaşlıq qurub. Bu gözəl format bu gün digər sahələrdə də özünü büruzə verir. Bu gün bizim əsas prioritet qeyri-neft sektorudur. Xarici tərəfdaşlarla iş təcrübəmizi qeyri-neft sektoruna da tətbiq etməyə çalışırıq".

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan neft ölkəsidir, ilk neft 1846-cı ildə çıxarılıb:

"Yeni tarixi sənədlər üzə çıxıb. Bu sənədlər göstərir ki, 1846-cı ildə Bibiheybətdə ilk neft quyusu qazılıb. Bu il biz o ərazidə köhnə neft quyusunun abidəsini ucaltdıq. Keçən əsrin ortalarında isə Xəzərdə ilk dəfə dənizdə neft çıxarılıb. Dənizdə neft hasilatının da vətəni Azərbaycandır".

Dövlət başçısı qeyd edib ki, Azərbaycan neftçilərinin faşizm üzərində qələbədə rolu böyükdür.

S.Xankişiyeva

Paylaş:
656

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər