Akademik Milli Dram Teatrı uşaqları “Çipollino” tamaşası ilə sevindirəcək – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Akademik Milli Dram Teatrı uşaqları “Çipollino” tamaşası ilə sevindirəcək – FOTO

22:04 - 31 / 05 / 2017
Akademik Milli Dram Teatrı uşaqları “Çipollino” tamaşası ilə sevindirəcək – FOTO

Akademik Milli Dram Teatrı 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə azyaşlı tamaşaçıları məşhur “Çipollino” tamaşası ilə sevindirəcək.

Teatrın mətbuat katibi Cavid Zeynallının 1news.az-a verdiyi məlumata görə, səhnə əsəri məşhur italyan yazıçısı və jurnalisti Canni Rodarinin “Çipollino” əsəri əsasında hazırlanıb:

“Tamaşanın rejissoru, musiqi tərtibatçısı və yeni səhnə redaksiyasının müəllifi Əlif Cahangirli, rəssamı əməkdar mədəniyyət işçisi İlham Əsgərov, xoreoqrafı Lalə Hacıyeva, rejissor assistenti Nərmin Həsənovadır”.

Məlumat üçün bildirək ki, Canni Rodari “Çipollinonun macəraları” kitabı ilə dünya şöhrəti qazanıb. Tezliklə populyarlaşan bu əsərə 1961-ci ildə ilk cizgi filmi, 1973-cü ildə isə “Çipollino” nağıl-filmi çəkilib.

C.Zeynallı bildirib ki, tamaşada C.Rossininin musiqilərindən istifadə edilib. Tamaşaya ilkin baxış keçirilib və səhnə tərtibatı, rejissoru işi, musiqi həlli baxımından çox böyük maraqla qarşılanıb, haqqında müsbət fikirlər səslənib:

“Əlif Cahangirli Akademik Milli Dram Teatrının gənc və istedadlı rejissorudur. İnanırıq ki, səhnə əsərimiz uşaqların sevimli tamaşalarından birinə çevriləcək, onlar balaca Çipollinonun macəralarını böyük sevgi və maraqla qarşılayacaqlar”.

Qeyd edək ki, səhnə əsərində aktrisa Xədicə Novruzlu (Çippolino), əməkdar artistlər Əlvida Cəfərov (Ata Soğan), Mirzə Ağabəyli (Usta Kudu), Məzahir Cəlilov (Üzüm əmi), Rüstəm Rüstəmov (Sinyor Pomidor), aktyorlar Rəşad Bəxtiyarov (Vəliəhd Limon), Cümşüd Zeynalov (Professor Armud), Dilarə Nəzərova (Qaragilə), əməkdar artistlər Mehriban Xanlarova və Sevinc Əliyeva (Albalılar), aktyorlar Ramin Şıxəliyev (Kaktus), Vüsal Mustafayev (Qraf Albalı), Ziya Ağa (Xəfiyyə Yerkökü), Ümman Budaqov (I Limon), İmran Qurbanov (II Limon), Ənvər Məmmədov (Lobya) çıxış edirlər.

Babək Cahandarov

Paylaş:
1424

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər