DİN Bakıda polis əməkdaşlarının düşdüyü qəza ilə bağlı məlumat yayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN Bakıda polis əməkdaşlarının düşdüyü qəza ilə bağlı məlumat yayıb

11:31 - 31 / 05 / 2017
DİN Bakıda polis əməkdaşlarının düşdüyü qəza ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi Bakıda polis əməkdaşlarının düşdüyü qəza ilə bağlı məlumat yayıb.

1news.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, mayın 30-da saat 10 radələrində Səbail rayonu Ə.Yaqubov küçəsində Bakı şəhər sakini Rövşən Məmmədov idarə etdiyi “Porsche” markalı avtomobili qarşıda yanacaqdoldurma məntəqəsinə dönmək istəyən Səbail Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşı, polis kiçik serjantı Emil Zeynallının xidmət zamanı idarə etdiyi “Fiat-Dobla” markalı avtomobilə vurub.

Nəticədə E.Zeynallı hadisə yerində ölüb, R.Məmmədov isə xəstəxanaya yerləşdirilib.

Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Mövzu ilə bağlı:

Bakıda polis avtomobili ilə “Porsche” toqquşub, ölən və yaralanan var - VİDEO

Babək Cahandarov

Paylaş:
648

Son xəbərlər

Bütün xəbərlər