Baş Prokurorluq Əfqan Muxtarlının saxlanılmasına aydınlıq gətirib

Baş Prokurorluq Əfqan Muxtarlının saxlanılmasına aydınlıq gətirib.
1news.az Apa-ya istinadla xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Ə. Muxtarlının mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanıldığını deyib.
Saxlanılarkən Ə. Muxtarlı xidmət əməkdaşlarına müqavimət göstərib. Ə. Muxtarlı inzibati qaydada tutularaq üzərinə şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanaraq götürülüb.
Hazırda başlanmış cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
1news.az
567