Daxili orqanında iki ədəd bağlamada narkotik vasitələr aşkar olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Daxili orqanında iki ədəd bağlamada narkotik vasitələr aşkar olunub

12:39 - 31 / 05 / 2017
Daxili orqanında iki ədəd bağlamada narkotik vasitələr aşkar olunub

Astara Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı gömrük nəzarəti zamanı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, yoxlama zamanı vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığından o, gömrük əməkdaşlarının müşayiəti altında Astara Rayon Mərkəzi Xəstəxanasına aparılaraq tibbi müəyinədən keçirilib.

Tibbi müayinə nəticəsində sözügedən vətəndaşın daxili orqanında (düz bağırsağında) iki ədəd bağlamada olmaqla, narkotik vasitələr - xalis çəkisi 222,565 qram heroin və xalis çəkisi 12,545 qram tiryək aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Babək Cahandarov

Paylaş:
646

Son xəbərlər

Bütün xəbərlər