Azərbaycan uşaq hüquqlarının qorunmasında beynəlxalq təşkilatlarla əməkdaşlıq edir | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan uşaq hüquqlarının qorunmasında beynəlxalq təşkilatlarla əməkdaşlıq edir

12:12 - 31 / 05 / 2017
Azərbaycan uşaq hüquqlarının qorunmasında beynəlxalq təşkilatlarla əməkdaşlıq edir

Uşaq hüquqlarının qorunması çox ciddi məsələdir. Azərbaycan qanunlarında bu məsələlər tənzimlənir.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu parlamentin vitse-spikeri Bahar Muradova Milli Məclisdə (MM) Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, sağlamlıq və dayanıqlı inkişaf komitəsinin Uşaqlar üzrə alt komitəsinin iclasında deyib.

O bildirib ki, AŞPA mötəbər qurum kimi uşaqların hüquqlarının qorunmasını diqqətdə saxlayır:

"Azərbaycanda da bu məsələyə xüsusi önəm verilir. Azərbaycan bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlıq edir".

Sonra iclasda AŞPA-nın alt komitəsinin sədri Baronessa Dorin Massey çıxış edib. O, internetin uşaqlara mənfi təsirindən danışaraq qeyd edib ki, valideynlər anlamalıdır ki, internet uşaqlara mənfi təsir edə, onların istismarına gətirib çıxara bilər. B.Massey əlavə edib ki, AŞPA uşaq təhlükəsizliyi ilə bağlı sahəyə xüsusi önəm verir.

Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva bildirib ki, Azərbaycanda uşaq hüquqlarının təmin edilməsinə böyük önəm verilir. S.Fətəliyeva vurğulayıb ki, bu istiqamətdə müzakirələrin və fikir mübadiləsinin aparılması, əldə olunmuş təcrübənin bölünməsi vacib əhəmiyyət kəsb edir.

Daha sonra çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı Azərbaycan əhalisinin 30 faizini uşaqlar təşkil etdiyini bildirib. A.Naxçıvanlı vurğulayıb ki, Azərbaycanda uşaq problemləri daim diqqət mərkəzindədir və ölkədə uşaqlara qayğı ildən-ilə artır. Deputat əlavə edib ki, Azərbaycan uşaq hüquqları ilə bağlı bütün beynəlxalq sənədlərə qoşulub.

A.Naxçıvanlı Ermənistanın Azərbaycana qarşı təcavüzünün uşaq hüquqlarının pozulmasına yol açdığı haqqında da danışıb. O qeyd edib ki, Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etməsi nəticəsində qaçqın və məcburi köçkün düşən insanların 300 mindən çoxu uşaqlardır: “Bu da uşaqların hüquqlarının pozulmasına gətirib çıxaran mühüm amillərdən biridir”.

S.Xankişiyeva

Paylaş:
666

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər