McDonald’s Azərbaycan keçirdiyi xeyriyyə tədbiri ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd etdi – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

McDonald’s Azərbaycan keçirdiyi xeyriyyə tədbiri ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd etdi – FOTO

14:40 - 01 / 06 / 2017
McDonald’s Azərbaycan keçirdiyi xeyriyyə tədbiri ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd etdi – FOTO

Hər il olduğu kimi, bu il 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə McDonald’s Azərbaycan şirkəti xeyriyyə tədbiri keçirib.

Builki xeyriyyə tədbiri “Uşaqların Sağlam Gələcəyi” İctimai Birliyinin uşaqlarına kömək və onlara dəstək layihəsi şəklində keçirilib.

McDonald’s restoranlarının müştəriləri tərəfindən yığılmış 11 500 AZN dəyərində ianələrə əlil arabaları, məktəb ləvazimatları, uşaqlar üçün inkişafetdirici vəsaitlər, elektron əşyalar və uşaqlara hədiyyələr  alınaraq, “Uşaqların Sağlam Gələcəyi” İctimai Birliyinə hədiyyə edilib. 

“Bizi əhatə edən cəmiyyətdə tez-tez rastlaşdığımız xüsusi qayğıya ehtiyacı olan uşaqların yaşamı, problemləri, hər gün qarşılaşdıqları çətinlikləri həll etmək onların gələcək yaşam ümidlərini artırır. Bu uşaqlar sərbəst hərəkət etmək, müəyyən bir işi istədiyi şəkildə görə bilmək arzusu ilə yaşayırlar. Onlara mənəvi dayaq ola biləcək, dəstək verəcək insanlara hədsiz ehtiyac duyurlar.

Bir fikri xüsusilə vurğulamaq istərdim, uşağın qəlbində saxladığı təəssürat, əlində saxladığı hər bir şeydən daha əhəmiyyətlidir. Əlində saxladığını itirə bilər, unuda bilər. Lakin qəlbində saxladıqları hissləri heç vaxt unutmaz, itirməz. Buna görə də xüsusi qayğıya ehtiyacı olan uşaqlarla davranışda xüsusilə həssas olmalıyıq.

Bu uşaqlara qarşı diqqət və qayğı ilə yanaşan, onlardan öz sevgisini əsirgəməyən bütün xeyirxah insanlara və McDonald’s Azərbaycan şirkətinə təşəkkür etmək istəyirəm”, – “Uşaqların Sağlam Gələcəyi” İctimai Birliyinin direktoru Arzu Rüstəmova qeyd edib.

Hər zaman olduğu kimi, McDonald’s şirkətinin fəlsəfəsi çərçivəsində dünya üzrə  öncül məqsədlərindən birini uşaqlara dəstək amilidir.

“Kiçik uşaqlarda böyük problemlər olmamalıdır!”, - McDonald’s-ın şuarı bunu bir daha nümayiş etdirir.

McDonald’s Azərbaycan şirkəti 1999-cu ildən bu günə kimi daim ehtiyacı olan uşaqlara və uşaq evlərinin yanında olaraq onlara öz qayğı və məhəbbətini göstərib və hər zaman göstərəcək.

McDonald’s Azərbaycan bir daha öz müştərilərinə bu xeyriyyə tədbirində  birgə olduqlarına görə öz dərin minnətdarlığını bildirir.

1 İyun - Uşaqların Müdafiəsi Günü münasibəti ilə McDonald’s Azərbaycan şirkəti bütün uşaqları təbrik edir və hər kəsə gözəl gələcək arzu edir!

Reklam hüququnda

Paylaş:
1487

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər