Bakıda qadın sürücü ağır qəzada ölüb

Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə dünən paytaxtın Nərimanov rayonunun H.Əliyev prospektində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini Ağamirzə Heybətov idarə etdiyi “Toyota” markalı avtomobillə arakəsmə səddini aşaraq yolun əks istiqamətinə çıxıb və paytaxt sakini Aysel Quliyevanın idarə etdiyi “Hyundai” və Quba rayon sakini Şəhriyar Ələsgərovun idarə etdiyi “Volkswagen” markalı avtomobillərlə toqquşub.
Nəticədə A.Quliyeva, Ş.Ələsgərov və sərnişini xəstəxanaya yerləşdiriliblər, xanım sürücü orada ölüb.
Faktla bağlı Nərimanov RPİ tərəfindən araşdırma aparılır.
Babək Cahandarov
524