Hacı Cavad məscidinin yeni ünvanda tikiləcəyi yerə baxış keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Hacı Cavad məscidinin yeni ünvanda tikiləcəyi yerə baxış keçirilib – FOTO

15:48 - 01 / 06 / 2017
Hacı Cavad məscidinin yeni ünvanda tikiləcəyi yerə baxış keçirilib – FOTO

Prezident İlham Əliyevin göstərişi əsasında Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, 79 ünvanında yerləşən Hacı Cavad məscidinin həmin rayonun ərazisində yeni ünvanda  təməlinin qoyulacağı məkana baxış keçirilib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, məscidin yeni binasının inşa olunacağı əraziyə gələn baş nazirin birinci müavini Yaqub Eyyubov  Ramazan ayında dindarlara belə bir xoş töhfəni bəxş edən dövlət başçısının milli-mənəvi dəyərlərimizə böyük ehtiram və qayğısını xüsusi vurğuladı.

O, Azərbaycanda, o cümlədən, paytaxtımız Bakı şəhərində gedən genişmiqyaslı tikinti, yenidənqurma işlərinin, xalqımızın rifahı və daha rahat, müasir dövrün tələblərinə cavab verən səviyyədə yaşayışına xidmət edən tədbirlərin, böyük qayğı və məhəbbətlə bərpa edilən tarixi və dini məkanların Prezident İlham Əliyev, həmçinin, ölkəmizin birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın səy və fəaliyyətlərinin bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Tikiləcək məscidin ərazisi,  layihəsi, eskizləri, memarlıq cəhətdən özəllikləri ilə yaxından tanış olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin dindarların qayğılarına hər zaman diqqətlə yanaşdığını bildirərək, Bakı şəhərinin keçmiş Sovetski adlanan məhəlləsinin dindarlarına edilən bu böyük hədiyyəni yüksək qiymətləndirdi. Bütün Azərbaycan dindarlarına töhfə olacaq, milli memarlığımızın ən gözəl ənənələrini ehtiva edən məscid binasının tikintisinin mübarək Ramazan ayında başlanmasının özəl mənəvi əhəmiyyətini və xeyirlərə vəsilə olacağını xüsusi vurğulayan Şeyxülislam A. Paşazadə belə bir diqqət və himayəyə, maddi və mənəvi dəstəyə görə bütün toplaşanlar adından dövlət başçımıza dərin minnətdarlığını bildirdi.

Ümummilli liderimiz Heydər Əliyevin Bibiheybətdən başlatdığı mənəvi dəyərlərin dirçəldilməsi missiyasını ləyaqətlə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin Uca Allaha xoş gedən əməllərilə bütün dindarların ehtiram, məhəbbətini qazandığını və böyük savab sahibi olacağını xüsusi vurğuladı. Ölkəmizdə din-dövlət münasibətlərinin yüksək səviyyəsindən məmnunluğunu bildirən QMİ sədri A. Paşazadə, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin rəhbərliyinin bu işdə rolunu xüsusi vurğulayıb.

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı  dövlət başçısının dindarların mənəvi ehtiyaclarının ödənilməsi üçün tikiləcək yeni məscid binasının yerləşdiyi  məkanın olduqca münasib, layihəsinin nəfis tərtibatlı olmasının Azərbaycan dövlətinin, şəxsən prezidentin diqqət və dəstəyinin nəticəsi olduğunu bildirdi.   Komitə sədri ümidvar olduğunu bildirdi ki, gələn ilin Ramazan ayınadək hazır olacaq Hacı Cavad məscidinin yeni binası Azərbaycan dindarlarına gözəl bayram hədiyyəsi olacaqdır.

Toplantıda Hacı Cavad məscidinin ibadət əhli adından çıxış edən dindarlar belə bir dəyərli töhfəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə öz dərin minnətdarlıqlarını, dövlət başçımıza təşəkkür məktubu ünvanlamaq niyyətində olduqlarını bildirdilər. Mübarək Ramazan ayında onları sevindirən belə bir ali diqqət və qayğını xüsusi dəyərləndirən dindarlar çıxışlarında birmənalı şəkildə qeyd etdilər ki, müqəddəs dini dəyərlərimizə böyük  ehtiramla həyata keçirilən misilsiz işlərə kölgə salmaq niyyətində olan, müstəqil dövlətimizin uğurlarını gözü götürməyən bədxah dairələrin təxribatları heç zaman  bəhrə verməyəcəkdir. Çıxışçılar Azərbaycan xalqının tarixi, milli-mədəni, dini-mənəvi irsinə göstərilən  diqqət və qayğını hədsiz dəyərləndirdiklərini və yeni məscid binasının ərsəyə gələcəyinə görə məmnun olduqlarını bildirdilər.

S.Xankişiyeva

Paylaş:
573

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər