NATO qiymətləndirməsi üzrə “Qaraheybət-2017” təlimində Yüksək Səviyyəli Qonaqlar Günü keçirilib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

NATO qiymətləndirməsi üzrə “Qaraheybət-2017” təlimində Yüksək Səviyyəli Qonaqlar Günü keçirilib - FOTO

19:51 - 01 / 06 / 2017
NATO qiymətləndirməsi üzrə “Qaraheybət-2017” təlimində Yüksək Səviyyəli Qonaqlar Günü keçirilib - FOTO

İyunun 1-də Qaraheybət Təlim Mərkəzində davam edən NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirmə təlimində Yüksək Səviyyəli Qonaqlar Günü keçirilib.

1news.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Yüksək Səviyyəli Qonaqlar Günü təlimini Müdafiə Nazirliyinin general heyəti ilə birgə Türkiyə Respublikasının İzmir şəhərində yerləşən NATO-nun Quru Qoşunları Komandanlığının Qərargah rəisi, diviziya generalı Erhan Uzun və ölkəmizdə akkreditə olunmuş 20-dən artıq xarici dövlətin hərbi attaşesi izləyib.

Həmin gün qonaqlar “N” saylı hərbi hissədə də olaraq burada yaradılan şəraitlə tanış olublar.

Təlim iyunun 3-də sona çatacaq.

S.Xankişiyeva

Paylaş:
1215

Son xəbərlər

Bütün xəbərlər