Ramil Usubov şimal rayonlarının sakinləri ilə görüşəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Ramil Usubov şimal rayonlarının sakinləri ilə görüşəcək

20:10 - 01 / 06 / 2017
Ramil Usubov şimal rayonlarının sakinləri ilə görüşəcək

Daxili işlər naziri Ramil Usubov iyun ayının 24-də Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı şəhər və rayonlarının sakinlərini Quba rayon Polis Şöbəsində qəbul edəcək.

1news.az-ın nazirliyə istinadən verdiyi xəbərə görə, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Babək Cahandarov

Paylaş:
696

Son xəbərlər

Bütün xəbərlər