28 May Vaşinqtonda Azərbaycan Milli Günü elan edilib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

28 May Vaşinqtonda Azərbaycan Milli Günü elan edilib - FOTO

09:19 - 01 / 06 / 2017
28 May Vaşinqtonda Azərbaycan Milli Günü elan edilib - FOTO

Vaşinqton şəhərinin meri Müryel Bouzer 2017-ci il 28 may tarixinin ABŞ paytaxtında rəsmi şəkildə Azərbaycan Milli Günü elan edilməsi barədə bəyanat imzalayıb.

1news.az-a Azərbaycanın ABŞ-dakı Səfirliyindən verilən xəbərə görə, bəyanatda bildirilir ki, 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti müsəlman şərqində ilk dünyəvi demokratik respublika olub və bütün vətəndaşlarına bərabər hüquqlar, o cümlədən qadınlara seçkilərdə iştirak hüququ verib. Sənəddə, həmçinin vurğulanır ki, dünya azərbaycanlıları 99 ildir 28 May tarixini milli bayram – Respublika Günü kimi qeyd edirlər.

Vaşinqton meri sənəddə bu il ABŞ ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünün qeyd edildiyini xatırladır. Vurğulanır ki, Azərbaycanın ABŞ-dakı səfirliyi Vaşinqton meriyası ilə tərəfdaşlıq şəraitində şəhərin təhsil və mədəni müxtəlifliyinə töhfə verir.

Qeyd edək ki, ABŞ paytaxtında 28 may tarixinin Azərbaycan Milli Günü elan edilməsi artıq ənənəyə çevrilib. Ümumiyyətlə ABŞ-ın digər ştatlarında və ayrı-ayrı şəhərlərində də 28 Mayın Azərbaycanın Milli Günü elan edilməsi təcrübəsi mövcuddur.

S.Xankişiyeva


Paylaş:
902

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər