Yunanıstanda 28 May - Respublika Günü münasibətilə xeyriyyə konserti keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Yunanıstanda 28 May - Respublika Günü münasibətilə xeyriyyə konserti keçirilib

21:32 - 01 / 06 / 2017
Yunanıstanda 28 May - Respublika Günü münasibətilə xeyriyyə konserti keçirilib

Azərbaycanın Yunanıstandakı səfirliyi tərəfindən 28 May - Respublika Günü münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində Afinanın nüfuzlu Meqaron Konsert Zalında “Emil, Ənvər və Dostları” caz qrupunun iştirakı ilə etnocaz xeyriyyə konserti təşkil olunub.

1news.az-a Səfirlikdən verilən xəbərə görə, konsertdə Yunanıstanda akkreditə olunmuş diplomatik korpusun üzvləri, dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər. Caz qrupunun ifası dinləyicilər tərəfindən maraqla qarşılanıb. Konsertdən əldə olunan gəlir “SOS Villages” Uşaq Xeyriyyə Cəmiyyətinə təqdim ediləcək.

Həmçinin mayın 29-da səfirlik tərəfindən rəsmi qəbul təşkil edilib. Yunanıstanda akkreditə olunmuş diplomatik korpusun üzvlərinin, dövlət nümayəndələrinin, elm xadimlərinin, iş adamlarının, diaspor və KİV təmsilçilərinin iştirak etdikləri qəbulda Azərbaycan musiqisi səsləndirilib.

Qeyd edək ki, “Emil, Ənvər və Dostları” caz qrupu mayın 28-də “17-ci Afina Texnopolis Caz Festivalında da çıxış edib. Qrupda Emil Əfrasiyab (piano), Ənvər Sadıqov (akkordeon), Ələkbər Ələkbərov (tar), İsgəndər Ələsgərov (vurğu alətləri) və Elcan Cəbrayılov (bas gitara) ifa ediblər. Musiqiçilərimizin çıxışı böyük tamaşaçı marağı doğuran ifalardan biri olub.

Keçirilmiş tədbirlər yerli televiziya və radio kanallarında, həmçinin elektron KİV-lərdə geniş işıqlandırılıb.

S.Xankişiyeva

Paylaş:
722

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər