Saatlıda iki maşın toqquşdu, yolun kənarında dayanan qadın öldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Saatlıda iki maşın toqquşdu, yolun kənarında dayanan qadın öldü

15:57 - 02 / 06 / 2017
Saatlıda iki maşın toqquşdu, yolun kənarında dayanan qadın öldü

Qax rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə dünən Saatlı şəhəri ərazisində qeydə alınıb.

Belə ki, şəhər sakini Nurlan Nərimanov idarə etdiyi “VAZ-2106” markalı avtomobili qarşıda gedən həmyerlisi Vahid Mirzəyevin idarə etdiyi “Mercedes” markalı avtomobilə vurub.

Sonradan idarəetməni itirən N.Nərimanov yolun kənarında dayanan həmyerlisi Naibə Kazımovanı vurub və nəticədə qadın hadisə yerində ölüb. 

Faktla bağlı nazirliyin Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Babək Cahandarov

Paylaş:
611

Son xəbərlər

Bütün xəbərlər