Hikmət Hacıyev: Booking.com-un bu kimi fəaliyyəti şirkətin öz nüfuzuna mənfi təsir göstərən amildir | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: Booking.com-un bu kimi fəaliyyəti şirkətin öz nüfuzuna mənfi təsir göstərən amildir

17:07 - 02 / 06 / 2017
Hikmət Hacıyev: Booking.com-un bu kimi fəaliyyəti şirkətin öz nüfuzuna mənfi təsir göstərən amildir

Booking.com şirkətinin Azərbaycanın işğal olunmuş ərazilərində mehmanxana sifarişlərini həyata keçirməsi ilə əlaqədar bundan əvvəl də bu şirkətə müraciətlərimiz olub. Booking.com şirkətinin Azərbaycanın işğal olunmuş ərazilərində mehmanxana sifarişlərini həyata keçirməsi beynəlxalq hüququn norma və prinsiplərinə, Ümumdünya Turizm Təşkilatının Nizamnaməsinə və müvafiq qərarlarına, Turizmə dair Qlobal Etik Məcəlləyə köklü şəkildə ziddir.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, bunu Booking.com vasitəsilə Azərbaycanın işğal olunmuş ərazilərindən mehmanxana sifarişi ilə əlaqədar XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib:

“Ümumdünya Turizm Təşkilatının Turizmə dair Qlobal Etik Məcəlləsinə əsasən turistlərdən və turizm sahəsində fəaliyyət göstərən şirkətlərdən səfər edilən ölkənin qanunlarına hörmət etmək və turizm səfəri zamanı cinayət əməlləri və səfər edilən ölkənin qanunlarına görə cinayət hesab oluna biləcək hər hansı fəaliyyətdən kənar durmaq tələb olunur.

Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurası 2015-ci ilin mayında Xorvatiyada keçirilmiş 100-cü sessiyasında Azərbaycanın təklifi əsasında Turizmin Etik Qaydaları üzrə Dünya Komitəsinin “Münaqişə zonalarının turizm məntəqəsi kimi təşviqinin və turizmin qeyri-qanuni məqsədlər üçün istifadəsinin qarşısının alınması” adlı tövsiyələri nəzərdən keçirdi. Bu tövsiyələr əsasında hökumətləri, turizm sektorunda olan dövlət və özəl müəssisələri bütün hallarda, o cümlədən hərbi münaqişələr zamanı Turizmə dair Qlobal Etik Məcəllə, eləcə də BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini rəhbər tutmağa çağıran qərar qəbul edilmişdi.

Həmçinin, booking.com şirkətinin bu kimi fəaliyyəti korporativ biznes etikasına zidd olaraq, şirkətin öz nüfuzuna mənfi təsir göstərən amildir. Bununla bərabər, Azərbaycanın işğal olunmuş əraziləri qanuni beynəlxalq pul köçürmə əməliyyatları üçün qapalı olduğu halda, booking.com üzərindən onlayn ödənişlər edilərək işğal olunmuş ərazilərdə mehmanxana reservasiyası və booking.com –un bundan qazanc əldə etməsi qanunsuz beynəlxalq ödəmə əməliyyatları və çirkli pulların yuyulması kontekstində də nəzərdən keçirilməlidir.  

Beynəlxalq hüququn norma və prinsipləri, ÜTT-nin Nizamnaməsi, Turizmə dair Qlobal Etik Məcəllə, ÜTT-nin İcraiyyə Şurasının müvafiq qərar və tövsiyələrinə  əsasən booking.com şirkəti Azərbaycanın işğal olunmuş ərazilərinin turizm məntəqəsi kimi təşviq edilməsi və orada mehmanxana sifarişlərinin həyata keçirilməsi kimi əməllərinə son qoymalıdır.

Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqəndirilmiş şəkildə məsələ ilə əlaqədar booking.com şirkətinə Azərbaycanın narazılığının bir daha çatdırılması və bu kimi qanunsuz fəaliyyətin qarşısının alınması üçün şirkətin mənzil-qərargahının yerləşdiyi Hollandiyadakı səfirliyimizə müvafiq təlimat verilib. Həmçinin, booking.com-un  regional filiallarına və aidiyyəti beynəlxalq təşkilatlara da müraciətlərin edilməsi nəzərdə tutulub”.

S.Xankişiyeva

Paylaş:
1094

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər