Çətənə kolu yetişdirən şəxslər tutuldu

Polis əməkdaşları çətənə kolu yetişdirən şəxsləri saxlayıblar.
1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Ulacalı kəndinin meşə zolağında kənd sakini, əvvəllər məhkum olunmuş Zahid Əliyev tərəfindən kultivasiya yolu ilə yetişdirildiyi müəyyən olunan 10 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Z.Əliyev isə şübhəli şəxs qismində tutulub.
Zaqatala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Yuxarı Tala kənd sakini, əvvəllər məhkum olunmuş Adil Ömərovun yaşadığı evə baxış zamanı 60 qram marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilən 4 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Babək Cahandarov