Bakıda ASC işçisi faciəvi şəkildə öldü

Xəzər rayonunda “Azərsu” ASC-nin işçisi, 1986-cı il təvəllüdlü Kərimov Teymur Əliağa oğlu dünyasını dəyişib.
1news.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, bu barədə rayonun polis idarəsindən məlumat verilib.
T.Kərimov elektrik işlədiyi Zirə qəsəbəsində təmir işləri aparmaq üçün elektrik dirəyinə dırmaşıb. Elektrik dirəyi aşıb və o da yıxılaraq ölüb.
“Azərsu”nun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı deyib ki, ailə başçısının itirilməsi ilə əlaqədar olaraq Kərimovlar ailəsinə maddi kömək göstərilə bilər. Çünki ASC-də belə bir praktika mövcuddur. Maddi köməyin həcmi ilə bağlı Anar Cəbrayıllı heç nə deməyib.
1news.az
1028