Şimşək çaxacaq, yağış yağacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Şimşək çaxacaq, yağış yağacaq

13:08 - 02 / 06 / 2017
Şimşək çaxacaq, yağış yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi iyun ayının 3-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında iyunun 3-də bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-18, gündüz 22-27, Bakıda gecə 16-18, gündüz 24-26 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında iyunun 3-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 15-20, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Babək Cahandarov

Paylaş:
715

Son xəbərlər

Bütün xəbərlər