Azərbaycan və Kosta Rika əməkdaşlığı genişləndirir | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Kosta Rika əməkdaşlığı genişləndirir

14:31 - 03 / 06 / 2017
Azərbaycan və Kosta Rika əməkdaşlığı genişləndirir

Xarici işlər naziri Elmar Məmmədyarov 1-2 iyun 2017-ci il tarixində Rosta Rikaya rəsmi səfəri çərçivəsində bu ölkənin prezidenti Luis Guillermo Solis tərəfindən qəbul edilib.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən məlumata görə, E. Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Prezident Luis Guillermo Solisə çatdırıb, öz növbəsində, Prezident Luis Guillermo Solis ən xoş arzularının Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib.

Səfər çərçivəsində xarici işlər nazirləri Manuel Gonzalez Sanz və Elmar Məmmədyarov geniş tərkibdə görüş keçirib. 16 sentyabr 2002-ci ildə Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Kosta Rika Respublikasının Xarici İşlər və Etiqad Nazirliyi arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılmasına dair Anlaşma Memorandumu”na uyğun olaraq, siyasi məsləhətləşmələr aparılıb.

Siyasi məsləhətləşmələr çərçivəsində nazirlər ikitərəfli münasibətlərin cari statusunu nəzərdən keçiriblər və Kosta Rika və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinin qeyd olunduğunu deyərək, keçən dövr ərzində siyasi dialoq və qarşılıqlı anlaşmanın müsbət inkişafından məmnunluq ifadə ediblər.

Nazirlər Kosta Rika və Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi baxımından qarşılıqlı səfərlərin önəmini qeyd edərək, bu xüsusda Manuel Gonzalez Sanzın 20 oktyabr 2015-ci il tarixində Azərbaycan Respublikasına rəsmi səfərini xoş təəssüratlarla xatırladılar.

E. Məmmədyarov Kosta Rikanın Azərbaycanda səfirlik təsisetmə qərarını yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Nazirlər hər iki ölkədə diplomatik missiyaların mübadiləsinin qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə yeni bir təkan verəcəyinə əminlik ifadə ediblər.

Nazirlər bir-birilərinin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət və dəstəyi bir daha bəyan ediblər. Onlar, həmçinin gücdən istifadə ilə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğuladılar.

Manuel Gonzalez Sanz Kosta Rikanın Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Azərbaycanın səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi əsasında nizamlanmasını tam dəstəklədiyini bəyan etdi.

Nazirlər iqtisadi-ticarət, turizm, enerji, logistika, limanlar və gəmiçilik, sərmayələrin qoyuluşu və humanitar sahələrdə qarşılqılı faydalı əməkdaşlıq üçün geniş imkanlar olduğunu qeyd etdilər. Bu xüsusda, Diplomatik Akademiyalararası əməkdaşlıq, tələbə və alim mübadiləsi xüsusilə vurğulandı.

Tərəflər hazırkı ticarət dövriyyəsinin iki ölkənin potensialını əks etdirmədiyini bildirdilər və ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün iki ölkənin biznes icmaları arasında birbaşa təmasların qurulmasının təşviqi barəsində ortaq mövqelərini bölüşdülər. Daha sonra onlar təmsil etdikləri ölkələrdə Azərbaycan və Kosta Rika haqqında ictimai məlumatlılığın artırılması baxımından ictimai diplomatiya və mədəni tədbirlərin rolunu diqqətə çatdırdılar. Həmçinin bu kimi səylərin turist axınına tövfə verəcəyini əlavə etdilər.

Nazirlər həmçinin ikitərəfli münasibətlərin irəlilədilməsi baxımından parlament diplomatiyasının xüsusi rol oynadığını bildirərək, parlament nümayəndə heyətlərinin mübadiləsi barəsində ortaq təşəbbüslə çıxış etdilər.

Tərəflər beynəlxalq aləmdə baş verən hadisələr ətrafında geniş müzakirələr apararaq, qlobal məsələlərə münasibətdə Azərbaycan və Kosta Rikanın ortaq baxışları bölüşdüyünü və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, regional və qlobal sülhün qorunub-saxlanılması məqsədilə qanunlara əsaslanan beynəlxalq nizamnın gücləndirilməsinə sadiqliyini bəyan etdilər.

Mühüm beynəlxalq tədbirlər əsnasında görüşlərini xatırlayan nazirlər, bü xüsuda beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və dayanıqlı qarşılıqlı dəstək təcrübəsinin təqdirəlayiq hal olduğunu bildirdilər.

Nazirlər “Diplomatik, xidməti və rəsmi pasporta malik şəxslərin vizadan azad edilməsi haqqında Razılaşma”nı imzaladılar və iki ölkə arasında, xüsusilə iqtisadi və humanitar sahədə müqavilə-hüquq bazasının gücləndirilməsi baxımından səylərin davam etdirilməsi barəsində razılığa gəldilər.

Həmçinin, nazirlər siyasi məsləhətləşmələrin növbəti raundunun Bakıda keçirilməsi haqqında razılığa gəldilər.

1news.az

 

 

 

Paylaş:
874

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər