Bakı Amerika Mərkəzi fəaliyyətinin 10-cu ildönümünü qeyd edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Amerika Mərkəzi fəaliyyətinin 10-cu ildönümünü qeyd edib

15:13 - 03 / 06 / 2017
Bakı Amerika Mərkəzi fəaliyyətinin 10-cu ildönümünü qeyd edib

ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycan Dillər Universitetində yerləşən Bakı Amerika Mərkəzinin fəaliyyətinin 10-cu ildönümünü qeyd edib.

Səfirlikdən 1news.az-a verilən məlumata görə, tədbir universitetin həyətində baş tutub. Tədbir çərçivəsində qısa çıxışlar olub. Bakı Amerika Mərkəzinin son on il ərzindəki fəaliyyətini əks etdirən fotoşəkillər nümayiş olunub. “Maker Space” (Yaradıcılıq Məkanı) fəaliyyətləri nümayiş olunub, qonaqlara dadlı təamlar təklif edilib. Tanınmış musiqiçi Elçin Şirinovun qrupu çixış edib.

Tədbirə Mərkəzin xidmətlərindən uzun müddət istifadə etmiş əsasən tələbələr, müəllimlər və təhsil işçiləri dəvət olunublar. Eyni zamanda tədbir zamanı ABŞ-Azərbaycan diplomatik əlaqələrinin 25-ci ildönümünə həsr olunmuş inşa müsabiqəsinin qaliblərinə səfir tərəfindən mükafatlar da təqdim olunub.

Bu tədbir ABŞ-Azərbaycan diplomatik əlaqələrinin 25-ci ildönümü çərçivəsində baş tutub.

Bakı Amerika Mərkəzi Amerika mədəniyyəti, dəyərləri və ABŞ-ın təhsil sistemi haqqında informasiyanın daha geniş auditoriyaya çatdırılması baxımından səfirliyin həyata keçirdiyi ən səmərəli proqramlarından biridir. Bu Mərkəz məktəb şagirdlərini, tələbələri, ABŞ-da təhsil almış məzunları, təhsil işçilərini, ingilis dili müəllimlərini və mədəniyyət sahəsində çalışanları bir araya gətirir. Fəaliyyət göstərdiyi 10 il ərzində Bakı Amerika Mərkəzi 5000-dən çox tədbir təşkil edib, 250,000-dən çox iştirakçını qəbul edib və 500 stajçı və könüllünün bilik və bacarıqlarının inkişaf etməsinə kömək göstərib.

Bütün bu illər ərzində Bakı Amerika Mərkəzinə ev sahibliyi etmiş Azərbaycan Dillər Universiteti ilə ABŞ Səfirliyi arasında həyata keçirilən əməkdaşlığın əhəmiyyətini daha da möhkəmləndirmək baxımından 10-cu ildönümünün qeyd olunması çox vacib məqamdır. Fəaliyyətinə yalnız bir kitabxana otağı ilə başlamış Bakı Amerika Mərkəzində bu gün təlim otaqları, Uşaq Guşəsi və uşaqlara, gənclərə elm, texnologiya, mühəndislik və riyaziyyat üzrə proqramları öyrənmək imkanı yaradan, bu yaxınlarda yaradılmış “Maker Space” (Yaradıcılıq Məkanı) fəaliyyət göstərir.

Tədbirdə iştirak etmək, uğur hekayələri, Mərkəz və Mərkəzin innovativ proqramlarında, xüsusilə peşəkar inkişaf üçün resurs rolunu oynayan “Maker Space” (Yaradıcılıq Məkanı) və ingilis dili proqramlarında iştirak etməklə əldə etdikləri nailiyyətlər barəsində məlumat vermək üçün Bakı Amerika Mərkəzi keçmiş əməkdaşlarını və fəal istifadəçiləri də dəvət edib.

Bakı Amerika Mərkəzi səfirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin keçmiş rəhbəri və hazırda Vaşinqton DC-də Beynəlxalq İnformasiya Proqramları (BİP) Koordinatorunun müavini vəzifəsini icra edən Conatan Henik və Azərbaycan Dillər Universitetinin keçmiş rektoru, professor Səməd Seyidovun dəstəyi ilə 2007-ci ildə fəaliyyətə başlamışdı. Tədbirdə C.Henikin əvvəlcədən yazılmış video müraciəti də təqdim olunub.

Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən Bakı Amerika Mərkəzi haqqında ətraflı məlumatı https://www.facebook.com/americancenterbaku/ Facebook səhifəsindən və yaxud 488 3300 (daxili 3617) telefon nömrəsinə zəng etməklə ABŞ Səfirliyinin İnformasiya Mərkəzindən əldə edə bilərsiniz.

1news.az

 

 

Paylaş:
767

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər