DİN-in saytında borclu şəxs kimi axtarışda olanların siyahısı yerləşdirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN-in saytında borclu şəxs kimi axtarışda olanların siyahısı yerləşdirilib

17:46 - 03 / 06 / 2017
DİN-in saytında borclu şəxs kimi axtarışda olanların siyahısı yerləşdirilib

Mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxslərin axtarışının mərkəzləşdirilmiş uçotları ilə bağlı fəaliyyətin yaxşılaşdırılması məqsədi ilə DİN-in rəsmi veb saytında (www.mia.gov.az) yeni informasiya resursu yaradılıb.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, cari ilin iyun ayından etibarən istifadəyə verilmiş interaktiv pəncərə vasitəsi ilə vətəndaşlar mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxs kimi axtarışda, habelə sərhədkeçməyə məhdudiyyət siyahılarında adlarının olub-olmaması barədə məlumatları əldə edə bilərlər.

Bunun üçün DİN-in mia.gov.az (http://mia.gov.az/?//content/liability) saytına daxil olmaqla, qeyd edilən elektron xidməti (Ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış borclular barədə məlumatlar) seçərək pəncərələrdəki müvafiq şəxsi məlumatları doldurub təsdiq etməklə lazımi informasiyanı ala bilərlər.

 1news.az

 

Paylaş:
1885

Son xəbərlər

Bütün xəbərlər