Həftənin ilk iş gününün havası | 1news.az | Xəbərlər
Cəmiyyət

Həftənin ilk iş gününün havası

12:37 - 04 / 06 / 2017
Həftənin ilk iş gününün havası

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  1news.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi  gecə və səhər arabir güclənəcək.

Havanın temperaturunun gecə 16-19° isti, gündüz  25-30° isti olacağı gözlənilir. Bakıda gecə  17-19° isti, gündüz  27-29° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  764 mm civə sütunu, nisbi rütubət  gecə 65-75 %, gündüz  40-50%  təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, sabah hava şəraiti əsasən yağmursuz olacaq, lakin gecə və səhər bəzi  yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir  güclənəcək. Havanın temperaturunun gecə 15-20° isti, gündüz  28-33° isti, dağlarda gecə 7-12° isti, gündüz 17-22° isti olacağı gözlənilir. 

1news.az    

 

Paylaş:
374

Son xəbərlər

Bütün xəbərlər