Londonda terror aktı qurbanlarının sayı artıb | 1news.az | Xəbərlər
Dünya

Londonda terror aktı qurbanlarının sayı artıb

13:03 - 04 / 06 / 2017
Londonda terror aktı qurbanlarının sayı artıb

Londonda terror aktları nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

1news.az TASS-a istinadən xəbər verir ki, bu barədə London polisi məlumat yayıb.

 Terror aktı nəticəsində yaralananların sayı 50-yə çatıb.

Qeyd edək ki, Londonda iyunun 4-də silsilə terror aktları təşkil olunub.

London-Bridc körpüsündə sürücü avtomobili insanların üzərinə sürüb, “Borough Market”də və “Vauxhall” bölgəsində də bıçaqlı hücum olub.

1news.az

 

Paylaş:
593

Son xəbərlər

Bütün xəbərlər