Qərb rayonlarında şimşək çaxacaq, yağış yağacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Qərb rayonlarında şimşək çaxacaq, yağış yağacaq

13:09 - 05 / 06 / 2017
Qərb rayonlarında şimşək çaxacaq, yağış yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi iyun ayının 6-na olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub küləyi  ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 16-19, gündüz 25-30, Bakıda gecə 17-19, gündüz 27-29 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 50-55 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında iyunun 6-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi qıraq qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 15-20, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Babək Cahandarov

Paylaş:
541

Son xəbərlər

Bütün xəbərlər