Dövlət Sərhəd Xidmətində ali hərbi rütbəli vəzifələrin siyahısı təsdiq edilib | 1news.az | Xəbərlər
Rəsmi

Dövlət Sərhəd Xidmətində ali hərbi rütbəli vəzifələrin siyahısı təsdiq edilib

14:48 - 05 / 06 / 2017
Dövlət Sərhəd Xidmətində ali hərbi rütbəli vəzifələrin siyahısı təsdiq edilib

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətində ali hərbi rütbəli vəzifələrin Siyahısının təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində ali hərbi rütbəli vəzifələrin Siyahısı” təsdiq edilsin.

2. “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində ali hərbi rütbəli vəzifələrin Siyahısi”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 avqust tarixli 1356 nömrəli Sərəncamının 1-ci hissəsi ləğv edilsin”.

Bundan əlavə, Azərbaycan Respublikası Prezidenti Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibi” təsdiq edilsin.

2. “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 26 dekabr tarixli 60 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin”.

S.Xankişiyeva

Paylaş:
752

Son xəbərlər

Bütün xəbərlər