İlham Əliyev İsveç kralını təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev İsveç kralını təbrik edib

18:57 - 05 / 06 / 2017
İlham Əliyev İsveç kralını təbrik edib

Prezident İlham Əliyev İsveç kralı  XVI Karl Qustava təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:

“Əlahəzrət,

İsveç Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost İsveç xalqına daim sülh və rifah arzulayıram”.

Babək Cahandarov

Paylaş:
726

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər