“Magistr” jurnalının dördüncü nömrəsi çapdan çıxıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Magistr” jurnalının dördüncü nömrəsi çapdan çıxıb

22:05 - 05 / 06 / 2017
“Magistr” jurnalının dördüncü nömrəsi çapdan çıxıb

Dövlət İmtahan Mərkəzi (DİM) “Magistr” jurnalının 4-cü nömrəsini nəşr etdirib.

1news.az-ın DİM-ə istinadən verdiyi xəbərə görə, jurnalın bu nömrəsində 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın) magistraturalarına qəbul imtahanının ikinci mərhələsi və ixtisaslaşma seçimi haqqında elan dərc edilib.

Nəşrdə, həmçinin “Bakalavrın elektron ərizəsi”ndə ixtisaslaşmaların seçimi vә tәsdiqi üçün təlimat, elektron ərizə formasının nümunəsi, müsabiqə şərtləri, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul aparılan ixtisaslaşmalar üzrə ümumi qəbul planı və dövlət sifarişi ilə qəbulun proqnozu təqdim olunub. AMEA-nın magistraturasına 2017/2018-ci tədris ili üçün qəbul aparılan ixtisaslaşmalar, müsabiqə şərtləri və müsahibənin keçiriləcəyi ünvanlar haqqında məlumat da jurnalda verilib.

Bakalavrların diqqətinə çatdırılır ki, həm Azərbaycan, həm də rus bölməsi üzrə qəbul elanı və qəbul planı bir jurnalda – Azərbaycan dilində dərc edilib.

Jurnalı aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar: Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28; Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M.

Babək Cahandarov

Paylaş:
901

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər