Novruz Məmmədov: Azərbaycan-ABŞ münasibətlərində yeni səhifənin açılması üçün böyük imkan var | 1news.az | Xəbərlər
Siyasət

Novruz Məmmədov: Azərbaycan-ABŞ münasibətlərində yeni səhifənin açılması üçün böyük imkan var

10:55 - 05 / 06 / 2017
Novruz Məmmədov: Azərbaycan-ABŞ münasibətlərində yeni səhifənin açılması üçün böyük imkan var

Beynəlxalq aləmdə böyük gərginliyin olmasına baxmayaraq, biz düşünürük Azərbaycan-ABŞ münasibətlərində yeni səhifənin açılması üçün böyük imkan var.

1news.az-ın verdiyi xəbərə görə, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov jurnalistlərə deyib.

Onun sözlərinə görə,  bunun ən mühüm sübutlarından biri kimi Donald Trampın Azərbaycan prezidentinə son iki həftədə iki məktubunu göstərmək olar.

“Bu məktublarda münasibətlərdə yeni səhifənin açılması üçün nə qədər imkanların olduğu görünür”  - deyə o qeyd edib.

Mövzu ilə əlaqədar oxuyun:

Tramp: İqtisadiyyatın şaxələndirilməsi və islahatların aparılması sahəsində Azərbaycanın səylərini dəstəkləyirəm

S.Xankişiyeva

Paylaş:
672

Son xəbərlər

Bütün xəbərlər